Gecə Bərdədə qəzalarla yadda qaldı

Gecə Bərdədə qəzalarla yadda qaldı

Bərdədə bir-birinin ardınca iki yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, axşam saatlarında rayonda iki avtomobil qəza törədib. Şəhərin mərkəzində Heydər Əliyev prospektində baş verən qəzada iki minik maşını toqquşub. Hadisəyə səbəb avtomobillərdən birinin şəhər mərkəzində yüksək sürətlə hərəkət etməsi olub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib.


Növbəti yol qəzası rayonun Mirzəxan kəndində baş verib.Minik maşını idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq kiçik su arxına düşüb. Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.


Qeyd edək ki, hər iki yol nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə