Bakıda BMW səkiyə çırpılıb

Bakıda BMW səkiyə çırpılıb

Bakıda BMW markalı avtomobil səkiyə çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda BMW markalı minik avtomobili səkiyə çırpılıb.

Nəticədə, sürücü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə