Ötən gün iki bıçaqlanma hadisəsi qeydə alınıb

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün Zığ yolunda Bakı şəhər sakini Qaraca Qaracayev mübahisə zəminində Aydın Məmmədovu bıçaqla qətlə yetirib, qardaşı Vaqifə isə bıçaq xəsarəti yetirib. Cinayətdə təqsirli bilinən Q.Qaracayev könüllü olaraq Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə gələrək təslim olub.

Bununla yanaşı M.Hadi küçəsində Astara rayon sakini Azad Məmmədov qohumu, Bakı şəhər sakini Elman Əliyevə bıçaq xəsarəti yetirdiyinə görə, Xətai rayon Polis İdarəsi 36-cı PB-nin əməkdaşları tərəfindən tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə