Bakıda avtomobillərdən oğurluq edən şəxslər tutulublar. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev mayın 20-də tutulublar.
Məlum olub ki, onlar aprelin 22-nə keçən gecə Hövsan qəsəbəsi Zığ bağlarında yaşayan Taleh Vəliyevə məxsus \"VAZ-2106\" markalı avtombildən arxa şüşəni çıxarma yolu ilə 5 ədəd səsgücləndirici, 2 ədəd açar dəsti, mayın 1-nə keçən gecə Hövsan qəsəbəsi Qum adasında yaşayan İntiqam Hüseynova məxsus \"Daewoo\" markalı avtomobildən 2 ədəd güzgü, 2 ədəd akkumliyator, 2 ədəd fara, mayın 12-nə keçən gecə Zığ yolunda yaşayan Elbrus Cəbrayılova məxsus \"VAZ-2107\" markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 15-nə keçən gecə Zığ şossesində yaşayan Nuril Mayılova məxsus \"VAZ-21015\" markalı avtomobilin üzərindən 4 ədəd təkər, mayın 18-də keçən gecə isə Zığ qəsəbəsində qəsəbə sakini Kamil Cəbiyevə məxsus \"Mersedes\" marklı avtomoildən 4 ədəd təkər oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB