Gəncədə polis nəfəri qətlə yetirilib - FOTO

Gəncədə polis nəfəri qətlə yetirilib - FOTO

Ötən gün gecə saatlarında Gəncə şəhər Baş Polis İdarəsinin post patrul xidmətində çalışan sıravi polis nəfəri Pənahov Elmir Həsən oğlu ürək nahiyəsindən aldığı bıçaq zərbəsi ilə qətlə yetirilib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, aparılan istintaq tədbirləri zamanı məlum olub ki, cinayəti törədən şəxs qonşuluqda yaşayan mərhumun yaxını, 1991-ci il təvəllüdlü İsmayılov Cavidan Rasim oğlu qətlə yetirib. Aparılan istintaq tədbirləri sübut edib ki, qətl şəxsi münasibətlər zəminində baş verib və mərhum xidməti vəzifədə olmadığı zaman öldürülüb.

Qeyd edək ki, cinayyəti törədən şəxs həbs edilib və cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 ci (Qəsdən Adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə