Buzovna-Binə yolunda ağır yol qəzası baş verib

Buzovna-Binə yolunda ağır yol qəzası baş verib

Bu gün Buzovna-Binə yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, Buzovna- Binə maşrurtu üzrə yüksək sürətlə hərəkət edən, 138 nömrəli "Mersedes" markalı sərnişin mikroavtobusu, yolun əsk istiqamətində gedən Az 10 KE 898 nömrə nişanlı "Land Rover" markalı cip avtomaşın ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən azyaşlı uşaqlar və qocalar müxtəlif dərəcəli xəsarətlər alıb. Digər avtomobilin sürücüsü isə ağır yaralanıb. Yaralı sərnişinlər təcili tibbi yardım maşınla xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, anoloji hadisə ötən günlərdə də baş vermişdi. Polis və şahidlərin sözlərinə görə, 10 MB 246 nömrə nişanlı avtobus sürücüsünün hətta sənədləri belə yoxdur.



Bütün xəbərlər Facebook səhifəmizdə