Qubada iki maşın toqquşub

Günorta saatlarında Quba-Qusar yolunun 8-ci kilometrliyində, Quba rayonunun Xucbala kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qusar rayonunda Quba istiqamətində hərəkətdə olan, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, Səbuhi Quluzadənin idarə etdiyi "Ford" markalı avtomobillə Quba rayonunun Alpan kənd sakini Paşa Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı maşın toqquşub. Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü və sərnişin 39 yaşlı Mahir Şirinov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə