Samux rayonunda bəzi evləri su basıb

Samux rayonunda bəzi evləri su basıb

Leysan yağışların yağması nəticəsində Azərbaycanın Samux rayonunun Burunqovaq kəndində bəzi evləri su basıb. SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat yayıb.

Məlumatda bildirilib ki, leysan xarakterli yağışlar nəticəsində Samux rayonunun Burunqovaq kəndində bəzi evlərin zirzəmiləri və həyətyanı sahələri su ilə dolub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə