Bərdənin Həsənqaya kəndi ərazisində baş verən yol qəzasında iki minik maşını toqquşub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yüksək sürətələ hərəkət edən minik maşınlarından biri sərt döngədə idarə etməni itirərək qarşıdan gələn maşına çırpılıb.
Qəza zamanı avtomobilin sürücü Ziyad Məhhərəmov və sərnişin Şəfa Ramazanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hər iki yaralı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB