Bərdədə baltalanma hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun tikinti bazarında baş verən hadisədə Laçın rayon sakini Vəli Ağayev aralarında baş verən mübahisə zamanı həmyerlisi Elşən Seyidovu baltalayıb. Zərbə nəticəsində Elşən Seyidovun hər iki qolu sözün əsl mənasında üzülüb. Xəstəxanaya çatdırılan xəstəyə həkimlər ilkin tibbi yardım göstərib. Çətin də olsa güclü qanaxmanın qarşısı alınaraq qolları gipsə qoyulub.
Qeyd edək ki, xəstənin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğundan o, paytaxtda Elmi Tədqiqatlar və Travmatologiya İnstitutuna göndəriləcək.
Faktla bağlı isə rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB