Bakıda yaşayış evində partlayış olub

Bakıda yaşayış evində partlayış olub

Bakıda yaşayış evində partlayış olub. Sabunçu Rayon Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib. Belə ki, Rəhilə Quliyevaya məxsus evdə baş verən partlayış nəticəsində ev sahibi yanıq xəsarətləri alıb. Rəhilə Quliyeva xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, partlayış təbii qazın sızması nəticəsində baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə