Tərtərdə oğurluq hadisəsi baş verib

Tərtərdə oğurluq hadisəsi baş verib

Tərtərdə oğurluq hadisəsi baş verib. Rayonun Düyərli kəndində qonşusunun toyda olmasından istifadə edən 25 yaşlı Peyman Quluyev pul və qızıl ziniyət əşyaları oğurlayıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Tərtər sakini qapi bir qonşusunun evini yarıb.

Kəndən şəhər mərkəzinə toy şənliyinə gedən Səfərovlar ailəsi geri qayıtdıqda evinin yarıldığını görüb. Kənd sakini Əvəz Səfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək evindən pul və qızıl əşyalarının oğurlanması barədə məlumat verib. Görülən operativ əməliyat tədbirləri nəticəsində oğurlamış əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə Düyərli kənd sakini 25 yaşlı Peyman Quliyev saxlanılıb.

Saxlanılan şəxs əməlini etiraf edərək, toy şənliyində olduğularına görə heç kimin olmadığı Əvəz Səfərovun evinə pəncərədən daxil olduğunu və 2400 manat dəyərində qızıl əşyaları və 2880 manat pul götürdüyünü etiraf edib. Saxlanılan şəxslə bağlı Tərtər RPŞ-də cinayət işi açılıb, tədqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə