İmişlinin \"ZAZA\" dayısı

İmişli rayonunda həmkəndlisinin qulaqlarını kəsən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə dünən sözügedən rayonun Hacalmuradlı kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Nizami Rüstəmov münaqişə zəminində həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsib. Hadisədən az sonra N.Rüstəmov İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə