Şimal bölgəsində külli miqdarda silah tapılıb

Şimal bölgəsində külli miqdarda silah tapılıb
Şimal bölgəsində külli miqdarda silah tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 27-də Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İlisu kəndi ərazisindən 1 ədəd "AK-74" avtomatı, 111 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı tapılıb.

Balakən Rayon Polis Şöləsinin əməkdaşları tərəfindən isə Katex kəndi ərazisində 1 ədəd "AKS" avtomatı, 2 ədəd "TOZ-8" tüfəngləri, 3 ədəd ov tüfəngləri, 1 ədəd idman tapançası, 177 ədəd müxtəlif çaplı patron, 1 ədəd alışdırıcı və 1 ədəd patron darağı tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə