Azərbaycanın Göygöl rayonunda fəhlə quyuya düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Göygöl şəhərində baş verib. Şəhərdə "Azərsu" ASC tərəfindən təmir-tikinti işləri aparılan zaman fəhlə işləyən 1 nəfər dərinliyi, təxminən, 5 metr olan quyuya düşüb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB