Elektrik cərəyanı maşını kül etdi

Elektrik cərəyanı maşını kül etdi

Tərtər-Ağdam yolunun Tərtərin Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən "VAZ 21011" markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Zərbədən beton konstruksiyalı dirək ortadan qırılaraq elə həmin maşının üstünə düşüb. Daha sonra isə avtomobil yanmağa başlayıb. Hadisə şahidlərinin köməkliyi ilə xəsarət alan sürücü Ağdam sakini Saleh Həsənov avtomobildən çıxarılıb. Yanan avtomobili isə söndürmək mümkün olmayıb.

Yaralını Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sürücünün sol bud nahiyəsinin sındığı aşkar olunub. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı Tərtər Polis İdarəsində araşdırma aparılır.



Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə