Pirat disk məhsulların satışı ilə məşğul olan şəxs cərimələnib

Pirat disk məhsulların satışı ilə məşğul olan şəxs cərimələnib
Bakıda pirat audiovizual məhsulların satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və \"Haqsız rəqabət haqqında\" qanunun tələblərini pozduğuna görə Asif Bağırova 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə