Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən var. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı-Quba yolunun 115-ci kilometrliyində, Siyəzən rayonu ərazisində \"Mercedes-Benz\" və \"SHACMAN\" markalı yük avtomobilləri toqquşub.
Nəticədə \"Mercedes-Benz\" markalı avtomobilin kabinasında olan 1989-cu il təvəllüdlü Elşad Rövşən oğlu Zeynalov hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Zeynalovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB