Şamaxıda yaşayış evi yanıb, bir nəfər ölüb

Şamaxıda yaşayış evi yanıb, bir nəfər ölüb
Şamaxıda yaşayış evi yanıb, bir nəfər ölüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi - 1957-ci il təvəllüdlü Babayar Məhərrəm oğlu Allahyarlının cəsədi aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə