Lənkəran rayonunda yaşayış evində yanğın baş verib. Hadisə bu gün saat 17:20 radələrində Liman şəhəri, Həzi Aslanov küçəsi, 368 saylı ünvanda 1950-ci il təvəllüdlü Əzizağa İmaməli oğlu Kərimova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə 70 kv. m-lik ev əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi hadisəyə elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB