Sərxoş sürücü hadisə yerindən qaçdı - FOTO

Sərxoş sürücü hadisə yerindən qaçdı - FOTO

Ötən gün saat 22:45 radələrində Şirvan şəhərinin H. Əliyev prospektində 1984-cü il təvəllüdlü Niftiyev Bəhruz Əzizağa oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 XU 084 nömrəli avtomobil 1962-ci il təvəllüdlü Şükürov Əliağa İsabala oğlunun idarə etdiyi "Toyota Prado" markalı 90 ET151 nömrəli "Cip" maşına dəyərək yolun kənarındakı ağaclığa düşüb. SİA-nın Aran bürosunun məlumatına görə, Bəhruz Niftiyev xəsarət alaraq Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər sürücü isə sərxoş olduğundan hadisə yerindən qaçıb. Hətta həkim müayinəsindən keçməkdən belə imtina edib.

Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə