Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Hacıqabulda nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə? 19:45 radələrində Hacıqabul rayonun mərkəzində M.Əsədov küçəsində sürücü 1975-ci il təvəllüdlü Məmmədov Müşviq Şahmurad oğlu idarə etdiyi "Ford" markalı 90 JX 952 nömrəli ağır yük maşını ilə yaşadığı həyət evinin qapısına dönərkən arxadan gələn sürücü, 1990-cı il təvəllüdlü Baxşıyev Rahil Fazil oğlu idarə etdiyi VAZ 2107 markalı 10 KH 898 nömrəli minik avtomobiliylə toqquşub.

Nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü Rahil Baxşıyev xəsarət alaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə