5 yaşlı qız faciəvi şəkildə ölüb

5 yaşlı qız faciəvi şəkildə ölüb
Ötən gün Masallı rayonunda baş verən bədbəxt hadisə nəticəsində 5 yaşlı qız faciəvi şəkildə ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Mollahəsənli kəndində 5 yaşlı Aytən Kərimovanın üstünə qaynar su tökülüb. Aytən Kərimova ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə