Falçı oğurluq etdi

Aprelin 9-da Bakı şəhər sakini Mehriban Əhmədova Metropolitendə PŞ-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 7-də metronun "Elmlər Akademiyası" stansiyasının keçidində işlədiyi ticarət köşkündə bir qadın fala baxmaq adı ilə ondan 220 manat və qızıl-zinət əşyaları alaraq dələduzluq edib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Metropolitendə PŞ Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Balaxanı qəsəbə sakini Samirə Karpenko tutulub. Hazırda faktla bağlı araşdrıma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə