Şəmkir rayon sakini Kürdə boğulub

Şəmkir rayon sakini Kürdə boğulub

Ötən gün Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü İsmayılzadə Tural Nazim oğlu Kür çayında boğularaq dünyasını dəyişib. Rayonun Dəllər Səyir kənd sakini olan mərhum Kür çayının Dəllər Daşbulaq hissəsindən keçən ərzisində çimərkən bataraq həyatını itirib. Şəmkir rayon Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində mərhumun çəsədi bir gün sonra, gecə saatlarında çıxarılıb.

Faktla bağla Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə