Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı rayon polis idarəsi 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zülfüqar Əliyev ötən gün həbs olunub. Məlum olub ki, o martın 8-nə keçən gecə Bakı şəhər sakini Kazım Şəmiyevə məxsus, Zərdabi küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə geyim əşyaları, ətir, aprelin 7-də isə Bakı şəhər sakini Lazım Qafarova məxsus, T.Nərimanov küçəsində yerləşən mağazdan damdan keçmə yolu ilə ərzaq malları, danışıq kartları mənimsəyib. Həmçinin Yeni Suraxanı qəsəbəsi Ə.Məmmədov küçəsində yaşayan Barat Səfərovun evindən qapının şüşəsini sındırma yolu ilə 500 manat və aprelin 13-nə keçən gecə isə Suraxanı qəsəbəsi N.Hüseynov küçəsində yaşayan Sücayət Alıyevaya məxsus ünvanda yerləşən mağazadan dam örtüyünü sındırma yolu ilə ərzaq və tütün məmulatları oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB