Yevlax şəhər polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dələduzluqla məşğul olan mütəşəkkil dəstə tutulub. Gəncə şəhər sakinləri, 63 yaşlı Akif Rzayev, 61 yaşlı Saday Rzayev və 30 yaşlı Hüseyn Rzayev saxlanılıb. Əməliyyat axtarış tədbirləri Yevlax rayonu Varvara və Salahlı kənd sakinlərinin Yevlax şəhər 11 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuş şikayət ərizələri əsasında aparılıb.
Dələduzluqla məşğul olan cinayətkar dəstənin üzvləri özlərini həm "Dövlətin Yaşadılması" qəzetinin əməkdaşları, həm də Vergilər Nazirliyinin "Vergilərə nəzarət" şöbəsinin işçiləri kimi təqdim edərək müxtəlif regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və mağaza sahiblərindən müəyyən nöqsanlarının olduğunu bəhanə gətirərək, xeyli miqdarda pul alıblar.
Aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin avtomobilindən külli miqdarda çeklər və onlara məxsus olan "Dövlətin Yaşadılması" qəzetinin vəsiqələri aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cinayətkar qrupun törətdikləri əməllərin sayının artacağı istisna edilmir. Elə bu məqsədlə polis saxlanılan şəxslərin çirkin əməllərinin qurbanı olan şəxslərə müraciət edib.
Qeyd edək ki, mütəşəkkil dəstənin başçısı Akif Rzayev əvvəllər Azərbaycan Texniki Universitetində Kafedra müdiri işləyib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB