Narkotik alverçiləri yaxalanıb

Bakı şəhər Baş Polis İdarəsindın SİA-ya verilən məlumata görə, Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dəyanət Həsənovdan 440 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Bununla yanaşı Nəsimi rayon polis idarəsinin NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunan Rasim Məmmədovdan 170 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Eyni zamanda Yasamal rayon polis idarəsinin NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zöhrab Bağırovdan 4 qrama yaxın, Ruslan Musayevdən isə qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib.Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan Bakı şəhər sakini İsrafil Məmmədov yaxalanıb və ondan 500 qramadan artıq tiryək aşkar edilərək götürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə