Yol hərəkətinin təşkili şöbəsinin rəisi qəflətən ölüb

Yol hərəkətinin təşkili şöbəsinin rəisi qəflətən ölüb
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov qəflətən vəfat edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis polkovnik-leytenantı Vasif İslamov müalicə məqsədi ilə "Naftalan" müalicə mərkəzinə gedib və orada dünyasını dəyişib. Məlumata görə, mərhumun 40 yaşı tamam olmamışdı.

Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin olunub, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə