Toya hazırlaşan ailənin evi yandı

Toya hazırlaşan ailənin evi yandı

Daha bir yanğın hadisəsi isə günün sonuna doğru Ağdam rayonunun Kəlbəhüseynli kəndində baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, elektrik naqillərindən törəndiyi ehtimal olunan yanğın beşotaqlı evin tən yarıdan çoxunu külə döndərib.


Toya hazırlaşan ailənin sevinci isti ocaqlarını saran alovun istisində əriyib yoxa çıxıb. 8 nəfərlik ailəyə başçılıq edən Kəlbəhüseynli kənd sakini Hüseynov Eldar Şəmsəddin oğluna məxsus evin çox hissəsi bir anın içində yanaraq külə dönüb. Hadisə barədə FHN Yanğından mühafizə Bölməsinin Ağdam Rayon Şöbəsinə məlumat verilsə də, yanğınsöndürənlərin vaxtında yetişməyiblər..

Xatırladaq ki, Hüseynovlar ailəsi yaxın günlərdə toy mərasiminə hazırlıq görüblər. Amma qəfil yanğın onların bu sevincini uzun sürməyə macal verməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə