İmişlidə ər arvadını öldürdü, oğlunu isə yaraladı

İmişlidə ər arvadını öldürdü, oğlunu isə yaraladı

Ailə münaqişəsi zəminində ər öz arvadını bıçaqlayaraq öldürdükdən sonra oğluna da bir neçə bıçaq zərbəsi vuraraq yaralayıb. SİA-nın Aran bürosuna məlumat verən İmişli rayon prokurorluğunun müstəntiqi Elşad Əzimov bildirib ki, qətl hadisəsi dünən saat 15:00 radələrində Qaragüvənlikli kəndində baş verib.


İlkin araşdırma zamanı məlum olub ki, 1967-ci il təvəllüdlü Məmmədov Taleh Saleh oğlu öz oğlu Məmmədov Elnurun evinə gələrək həyat yoldaşı Məmmədova Aidə Etibar qızına bədənin müxtəlif yerlərindən bıçaqla zərbə endirib. Elnur anasını müdafiə etmək istədikdə atası onu da qolundan yaralayıb. Mərhum Aidə Məmmədova evdən çıxıb qonşunun həyətinə qaçıb kömək istəsə də, oradaca dünyasını dəyişib.

Faktla bağlı İmişli rayon prokurorluğunda AR CM-nin 120.1 maddəsi ilə cinayət işi açılıb istintaq aparılır.


İqbal MİKAYILOV

Bütün xəbərlər Facebook səhifəmizdə