Şirvan şəhərində Sevda Əhmədovanın evindən qızıl əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oğurluğu törətmiş Yevlax rayon sakini Nigar Bəkirova Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Xətai rayonunda isə Nəzakət İbrahimovanın içərisində 300 manat pul, mobil telefon və qızıl əşyaları olan çantası oğurlanıb. Rayon polis idarəsinin əməkdaşları oğurluğu törətmiş paytaxt sakini Marif Quliyevi saxlayıblar.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB