Sabunçu rayon polis idarəsi 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Heydərov aprelin 15-də yaxalanıb. Bakı şəhər BPİ idarəsindən SİA-ya daxil olan məlumata əsasən müəyyən edilb ki, A.Heydərov 2011-ci il noyabrın 22-nə keçən gecə Bakı şəhər sakini Elçin Abdullayevə məxsus S.Şuşinski küçəsi yeni tikilidəki evdən nəfəslikdən keçmə yolu ilə tikinti alətləri və 5 top (500 metr) elektrik naqili, dekabrın 13-də S.Qocayev küçəsində yaşayan Könül Mehralıyevanın mənzilindən açar seçmə yolu ilə 170 manat, 300 ABŞ dolları, mobil telefon və videokamera oğurlayıb.
Məlimat üçün bildirək ki, bu il aprelin 10-da isə Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Əliyev küçəsində yaşayan Əhməd Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları, noutbuk və videokamera, eləcə də aprelin 13-də isə Sülh küçəsində yaşayan Natiq Əliyevin mənzilindən eyvanın qapısını sındırmaqla oğurluğa cəhd göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB