Binada partlayış olub

Xətai rayonu ərazisində yerləşən binada partlayış olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, dünən nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda binada qaz balonunun partlaması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində məişətdə istifadə olunan kiçik həcmli qaz balonu partlayıb.

Yanğın hadisəsi, dağıntı və xəsarət alan olmayıb. Xilasedicilər və yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə