Keçmiş kürəkən qayınanasının evini yandırıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 13-də saat 05:30 radələrində Gəncənin Kəpəz rayonu Sədi küçəsi, 1-ci döngə ev 12-də yaşayan Yetər Yusibovaya məxsus evdən qonşusu Firuzə Bağırovanın evinə keçən yanğın baş verib.
Yusibova Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək evinin Samux rayon sakini, keçmiş kürəkəni Ramin Bəşirov tərəfindən yandırıldığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB