4 yaşlı uşaq yanıq xəsarətləri alaraq ölüb

4 yaşlı uşaq yanıq xəsarətləri alaraq ölüb

Azərbaycanın Quba rayonunda bədbəxt hadisə baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Quba rayonunun Yerfi kənd sakini Xatirə Mamasiyevanın evində, Xaçmaz rayon sakini qonağı 4 yaşlı Xəyal Məcidovun üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş uşaq aprelin 11-də orada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə