DİN əməkdaşları həşiş ticarətinin qarşısını aldı

DİN əməkdaşları həşiş ticarətinin qarşısını aldı

İran-Azərbaycan sərhədini pozaraq ölkəmizə keçən İran vətəndaşı Davud Nuri və Şəmsəli Dusər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.

SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, aprelin 9-da sərhəd pozucularına ilkin baxış keçirilən zaman onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər aşkar olunaraq götürülübdür. İlkin dindirmə zamanı Şəmsəli Dustər və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf ediblər.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə