Ötən gecə axşam saatlarında Hacıqabul rayonuda silahlı insident baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, Rahil Şahkərəmov adlı rayon sakini üzünə maska geyinərək Sevda Ələkbərovaya məxsus evin hasarından aşaraq mənzilə daxil olub. Qarətçi əlindəki silahla ev sahibəsini hədələyərək ondan mənzildə olan qızıl zinət əşyalarını tələb edib və sonra Sevdanın oğlu Bəhrəmi cağıraraq anasını öldürəcəyini bildirib.
Sevda Ələkbərovanın dediyinə görə, həyətdə olan oğlu Bəhrəm Ələkbərov özünə məxsus ov tüfəngi ilə Rahili hədələyərək ondan dərhal mənzili tərk etməsini tələb edib. Lakin oğru öz istəyindən dönməyib. Bunu görən Bəhrəm atəş açaraq onu yaralayıb. Yaralı vəziyyətdə qaçan Rahil qohumlarının köməyinə gələn Ramiz Ələkbərova da atəş açmaq istədikdə Bəhrəmin ikinci gülləsinə tuş gəlib.
Bəhrəm Ələkbərovun bildirdiyinə görə, yaralı vəziyyətdə olan Rahil hadisə yerindən qaçmağa müvəffəq olsa da, polis onu yaxalaya bilib. Oğrunun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə aparılıb..
Faktla bağlı Hacıqabul Rayon Poli Şöbəsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB