Bakının mərkəzində bina yanır. SİA-nın verdiyi xəbərə görə, Yasamal rayonu 5 mərtəbə adlanan ərazidə yeni tikilən bina yanır. Hadisə yerinə yanğınsöndürən maşınlar gəlib. Lakin ərazidə binalar yaxın tikildiyindən yanğınsöndürənlərin işinə ciddi əngəl yaranıb. Bu səbəbdəndə yanğının qarşısını hələ ki almaq mümkün deyil. Yanğının digər binalara keçməsinin qarşısının alınması istiqamətində tədbir görülür. Qeyd edək ki, binada tikinti getdiyindən orada sakinlər yaşamır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB