Paytaxtda zəncirvari yol qəzası olub.Biləcəri qəsəbəsindən Sumqayıta hərəkət edən 01-AC-482 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobili idarəetməni itirərək 90-HD-433 dövlət nömrə nişanlı Mercedes-lə toqquşub. Sonradan Kamaz marşrut avtobusu ilə toqquşub, bundan sonra da yolun kənarında dayanan 10-CP-218 dövlət nömrə nişanlı Renault markalı taksini vurub.
SİA-nın verdiyi xəbərə görə, KamAZ-ın sürücüsü ağır xəsarətlə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB