Ağsuda ağır yol qəzası: ölən var

Ağsuda ağır yol qəzası: ölən var

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dünən axşam saat 20:40 radələrində rayon ərazisində "Mercedes" markalı minik avtomobili yüksək sürətlə hərəkət edən zaman yolu keçmək istəyən 55-60 yaşlı qadını vurub. Hadisə zamanı piyada yerindəcə keçinib. "Mercedes"in sürücüsü və sərnişini isə xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə