Azərbaycanda bir gündə 5 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə 5 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə 5 nəfər dəm qazından zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ilk hadisə aprelin 2-də Xətai rayonu ərazisində qeydə alınıb. Burada yaşayan Vüsal Qəhrəmanov evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Eyni zamanda Sumqayıt şəhər sakinləri Aysel Adıyeva, Cəmilə Piriyeva, Abşeron rayon sakinləri Zaur Abbasov və Səbinə Mustafazadə dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə