Xaçmazda yanğın hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə 30-a yaxın ağac yanıb.
Hadisə yerinə Xaçmaz dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürmə maşını cəlb olunub. Alovun miqyası geniş olduğundan Quba dövlət yanğından mühafizə hissəsinin 1 yanğınsöndürən maşını da köməyə çağrılıb. Qısa müddət ərzində alov məhdudlaşdırılıb və digər ərazilərə keçməsinin qarşısı alınıb.Yerli sakinlər yanan ərazinin meşə fonduna aid olduğunu bildirsələr də Yalama Meşə Mühafizəsi və Bərpası müəssisəsinin gözətçiləri bununla razılaşmırlar. Onların sözlərinə görə, bu ərazi yol kənarıdır və meşə fonduna aid deyil.
Gözətçilər bildirirlər ki, yanğın bir qədər gec söndürülsəydi, alov meşə fondunun ərazisinə keçə bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB