"Polad AŞ" şirkətində yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, dünən günün ikinci yarısı Hacıqabul rayonun Padar kəndində yerləşən, Bakı Qazax yolunun tikintisini həyata keçirən Türkiyənin "Polad AŞ" şirkətində yanğın baş verib.
Şirkət işçilərinin yeməkxanasındakı maye qaz balonun qəflətən partlayıb və alovlanaraq yanıb. Hadisə yerinə Hacıqabul rayonun Yanğından Mühafizə hissəsinin briqadası gəlib, alovun qarşısı alınıb. Hadisə zamanı yeməkxanada çalışan 5 nəfər şəxs xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanların adları aşağıdakılardır:
Gülər Əli 1966-cı il təvəllüdlü
Mahmudova Gülşən Cəfər qızı, 1963-cü il təvəllüdlü
Quliyeva Sevil Mürüvət qızı, 1959-cu il təvəllüdlü
Nəsirova Məryam Qürbət qızı, 1958-ci il təvəllüdlü
Həsənov Samir Faiq oğlu, 1989-cu il təvəllüdlü.
Şirvan Mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinin müdiri Tofiq Hüseynovun verdiyi məlumata görə, yanğın xəsarəti alan 5 nəfər şəxsə ilkin tibbi yardım göstərilərək Bakı şəhərinə göndərilib.
Məlimat üçün bildirək ki, hadisə yerində "Polad AŞ" şirkətinin əməkdaşları juranalistlərin çəkilişi aparmasına ciddi müdaxilə ediblər. Hadisənin ictimaiyyətdən gizlin saxlanılmasına "Polad AŞ" şirkətinin maneəsinə baxmayaraq biz vəzifəmizi yerinə yetirdik.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB