Paytaxtın internat məktəblərindən birində güclü yanğın olub

Paytaxtın internat məktəblərindən birində güclü yanğın olub

Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 2 saylı xüsusi internat məktəbində güclü yanğın olub. Fövqəlada Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın şagirdlər dərsdə olan vaxt meydana gəlib. Şagirdlər təxliyyə olunublar. Yanğınla bağlı 2 saylı çağırışla 20-dən artıq yanğınsöndürən maşın hadisə yerinə yollanıb. Yanğın zamanı məktəbin 650 kvadrat metrlik sahəsi yanıb. Yanğın zamanı 3 yanğınsöndürən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə