Hacıqabulda 15 yaşlı qız özünü güllələyib

Hacıqabulda 15 yaşlı qız özünü güllələyib

Hadisə barədə SİA-nın Aran bürosuna Hacıqabul rayon prokurorluğunun müstəntiqi Yusif Əliyev məlumat verib. Müstəntiqin bildirdiyinə görə, Hacıqabul rayonu II Udlu kənd ərazisinin Tağlı kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərzadə Eltac Orxan qızı bu gün saat 13.14 radələrində ov tüfəngi ilə özünü ürək nahiyəsindən vuraraq intihar edib. İntiharın səbəbləri açıqlanmır.


Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə