Avtomobil oğruları həbs olunub

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tofiq Fərəcov, Vüsal İbrahimov, Fuad Həsənov və Samir Ramazanov Suraxanı rayon Pİ 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Bakı şəhər baş Polis İdarəsindən SİA-ya verilən məlumat görə, müəyyən olunub ki, onlar martın 14-nə keçən gecə Y.Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus "VAZ-21074" markalı avtomobili qaçırıb və saat 11:00 radələrində B.Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb. Elə həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus "VAZ-2106" markalı avtomobil qaçırıb və saat 08:30 radələrində İ.Məmmədov küçəsində saz vəziyyətdə tapılıb. Onlar martın 26-na keçən gecə isə Y.Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus "VAZ-2106" markalı avtomobil qaçırmış və saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.



Bütün xəbərlər Facebook səhifəmizdə