Tiflisdən Gəncəyə boksit daşıyan qatar qəzaya uğrayıb - FOTO

Tiflisdən Gəncəyə boksit daşıyan qatar qəzaya uğrayıb - FOTO

Hadisə saat 16:30 radələrində Gəncə Böyük Kəskik Dəmiryolu xəttinin Şəmkir rayonunun Zəyəm stansiyasında baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gürcüstanın Tiflis şəhərindən Gəncə Aliminum Müəssisəsinə boksit daşıyan 49 vaqondan ibarət qatarın qəzaya uğraması nəticəsində 7 vaqon relsdən çıxıb. Hadisə yerinə dərhal mütəxəssislər cəlb olunub. Bundan əlavə qəzanın dəqiq səbəblərinin öyrənilməsi üçün əraziyə gürcüstanlı mütəxəssislərdə gəlib. Dövlət Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətindən Qərb bölgəsi üzrə Yük Daşımaları Birliyinin rəisi Füzuli Kərimovun SİA-ya verdiyi məlumata əsasən, qəzanın səbəbləri hələlik bəlli deyil. Ancaq hadisə nəticəsində yük itkisi qeydə alınmayıb.


Bildirək ki, hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb. Bundan əlavə əsas dəmiryolu xətlərində hərəkət də təmin edilməkdədir. Qəza isə tam olaraq bu gün aradan qaldırılıb.



İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə