Sabirabad rayonunun Qaraqaşlı kəndində dəhşətli yanğın baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, gecə saat 4:00 radələrində başlayan yanğın ailə faciəsi ilə nəticələnib. Fərdi yaşayış evindəki yanğında bir alinən 4 üzvü- 1967-ci il təvəllüdlü Murtuzayev Valeh Əbdulkərim oğlu,övladaları 2000-ci il təvəllüdlü Murtuzayev Gültən Valeh qızı, 2007-ci il təvəllüdlü Murtuzayev Rəhim Valeh oğlu və 2010-cu il təvəllüdlü Murtuzayev Nəsib Valeh oğlu yanaraq kül olublar. Evdəki digər iki nəfər isə Murtuzayev Valehin atası Murtuzayev Əbdülkərim və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, ilkin ehtimallara görə, yanğına səbəb odun sobası olub. Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB