Paytaxtın Yasamal rayonunda yaşayan Fəzail Quliyev evində dəm qazından zəhərlənərək dünyasını dəyişib. Abşeron rayon sakini Ləman Pirquliyeva, Sumqayıt şəhər sakinləri İlahə Talıbova, Zaur Davudov və həyat yoldaşı Çinarə Davudova, həmçinin şəhərin digər sakinləri Şəhla İsmayılova, Türkan Ağahüseynova və Leyla Əhmədova öz evlərində dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, faktlarla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB